Ruhanidən yəhudilərə gözlənilməz təbrik

Ruhanidən yəhudilərə gözlənilməz təbrik
  14 Sentyabr 2015    Oxunub:2835
İran prezidenti Həsən Ruhani yəhudilərin Yeni il (13 sentyabr) bayramı münasibətilə bütün dünyada olan yəhudi icmalarını təbik edib.
Bu barədə AzVision.az “Pres TV”yə istinadən xəbər verir.

“Qoy bizim İbrahimi dinlərimizin ortaq kökləri qarşılıqlı hörmət, sülh və anlaşma dərinləşməsinə xidmət etsin”, - deyə İran prezidenti müsəlman və yəhudilərin ümumi dini köklərini xatırladıb.

Ruhanin sosial şəbəkədə paylaşdığı mesajını ivrit dilində yazılan bu ifadə ilə bitirir: “Qoy bu gözəl olsun”.

Rəsmi statistikaya əsasən bu gün İranda 9 minə qədər yəhudi yaşayır. Onlar Tehran, İsfahan və Şirazda kompakt olaraq yaşayırlar. Onların Tehranda Yusefabad adlı sinaqoqları da var. İran Konstitusiyasına əsasən yəhudilərin ölkə parlamentində bir yerlə təmsil olunurlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti