Avropa sanksiyaların müddətini uzatdı

Avropa sanksiyaların müddətini uzatdı
  14 Sentyabr 2015    Oxunub:2060
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin martına qədər uzadılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” Aİ-də olan mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən qərar ümumi işlər üzrə Şuranın iclasında qəbul olunub.

Qeyd edək ki, ABŞ və Aİ ölkələri 2014-cü ilin martında rusiyalı məmurlar və siyasi qüvvələrə qarşı sanksiyalar qəbul etmişdi. Bunun səbəb isə Krımın Rusiyanın tərkibinə qatılması və Ukraynanın şərqindəki münaqişədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti