Britaniya Parlamenti evtanaziyaya `yox` dedi

Britaniya Parlamenti evtanaziyaya `yox` dedi
  14 Sentyabr 2015    Oxunub:1681
Böyük Britaniya parlamentində keçirilən könüllü ölüm - evtanaziyaya dair müzakirələr yekunlaşıb. 118 nəfər millət vəkili evtanaziyanın əleyhinə səs verib. Beləliklə, layihə qəbul ounmayıb.

Layihə əsasən ağır, sağalmaz xəstəliklərə tutulmuş, o cümlədən, ömrünün sonuna təqribən 6 ay vaxt qoyulmuş insanlara şamil olunurdu.

Lakin parlamentdə keçirilən müzakirələr zamanı Əmək Partiyasının 300 nəfər millət vəkilindən 118 nəfəri qanun layihəsinin qəbluna veto qoyub. Beləcə, sənədin qəbulu baş tutmayıb.

Angilikan kilsəsinin nümayəndəsi, yepiskop Ceyms Nyukom öz növbəsində məsələyə münasibətini bildirərək deyib ki, qanun layihəsinin qəbul edilməməsi doğru qərarın veriliyini göstərən önəmli mesajdır.

Xatırladaq ki, Britaniya parlamentində ilk belə müzakirə 1997-ci ildə keçirilib, amma o vaxt da qanun layihəsi qəbul olunmamışdı.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti