Metro qış qrafikinə keçdi, amma...
Qurum rəsmisi bildirib ki, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir:
“Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervaı da azaldılıb. Belə ki, “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. “28 may” – “Dərnəgül” və “28 may” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq”.
Qeyd edək ki, Bakı metrosu yeni iş rejiminə keçsə də bu gün səhər saatlarında stansiyalarda sıxlıq müşahidə olunub.
Anar Kəlbiyev