Türkiyə XİN rəhbəri Bakıya gəlir

Türkiyə XİN rəhbəri Bakıya gəlir
  15 Sentyabr 2015    Oxunub:1436
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bu gün Azərbaycana səfərə gəlir.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir iki gün müddətində ölkəmizdə səfərdə olacaq.

Səfər zamanı XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Türkiyə xarici işlər nazirinin prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcəyi planlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti