Lukaşenkonun sərvəti açıqlandı - 4500 dollar maaş

Lukaşenkonun sərvəti açıqlandı - 4500 dollar maaş
  15 Sentyabr 2015    Oxunub:3003
Belarusda oktyabrın 11-nə təyin edilən prezident seçkiləri ərəfəsində ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin gəlirləri haqqında məlumat yayıb.
Açıqlamada hazırki prezident Aleksandr Lukaşenkonun yalnız maşşı göstərilib.

Prezident hər ay təxminən 4,5 min dollar maaş alır. Rəsmi məlumata görə, Lukaşenkonun maaşdan başqa gəliri yoxdur.

Aleksandr Lukaşenkonun qazancı siravi belaruslunun qazancında on dəfə çoxdur.

MSK-nın açıqlamasında prezidentin həyat yoldaşı Qalina Lukaşenkonun aylıq gəliri təxminən 800 dollar çivarında göstərilir.

Qalina Lukaşenkonun Şklovun kəndi yaxınlığında evə və yağ zavodu Şklovskoqosunun 56% səhminə sahibdir.

Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko prezidentin milli təhlükəsizlik üzrə köməkçisidir və Belorus Təhlükəsizlik şurasının üzvüdür.

Ortancıl oğlu Dmitri "Prezident idman klubu"nun rəhbəri və Milli Olimpiya komitəsinin üzvüdür.

Lukaşenkonun üçüncü oğlu isə Kolya atasını xarici səfərlərdə müşayət edir. Məlumata görə Kolya prezidentin nigahdan kənar oğludur.


Teqlər:





Xəbər lenti