Xristianlar suda gəzir, müsəlmanlar isə batır - Yeni qalmaqal (FOTOLAR)

Xristianlar suda gəzir, müsəlmanlar isə batır - Yeni qalmaqal (FOTOLAR)
  15 Sentyabr 2015    Oxunub:4047
Fransanın qalmaqlı “Charlie Hebdo” jurnalının çəkdiyi yeni karikatura Avropanın özündə böyük narazılığa səbəb olub.

AzVision.az xəbər verir ki, bu dəfə fransalı karikaturistlər Türkiyənin Bodrum şəhəri sahilində cəsədi tapılan üç yaşlı Aylan adlı oğlanın ölümü ilə bağlı karikatura çəkilib. Balaca oğlan ailəsi ilə birgə ölkəsində vətəndaş müharibəsində qurtularaq Yunanıstan keçmək istəyərkən dənizdə boğulub.

Bu hadisə ilə bağlı “Charlie Hebdo” iki karikatura dərc edib. Onlardan birini jurnal “Avropanın xristian olmasının sübutu” olaraq adlandırıb. Fotoda suyun üzərində gəzən İsa peyğəmbər və onun yaxınlığında baş aşağı üzən oğlan şəkili təsvir olunub. Şəkilin altında olan yazıda bildirilir: “Xristianlar suda gəzir, müsəlman uşaqları isə batır.



İkinci fotoda isə üzü torpağa tərəf uzanan uşaq təsvir olunub və şəkil “Hədəfə çox yaxın” adlandırıb. Balaca uşağın yaxınlığında isə üzərində “fast-food” reklamı yerləşdirilib: “İki uşaq menyusu birinin qiymətinə”.



Karikaturalar Avropanın özündə belə böyük hiddətdə səbəb olub. Artıq sosial şəbəkələrdə insanlar jurnal və onun yaradıcı heyətini sərt şəkildə tənqid edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti