Avropadan sığınacaq istəyən diplomatla bağlı Açıqlama

Avropadan sığınacaq istəyən diplomatla bağlı Açıqlama
  15 Sentyabr 2015    Oxunub:2382
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi son zamanlar səfirlik barədə mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Səfirlikdən AzVision.az - a məlumatda deyilir:

“Son zamanlar mətbuatda Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib.

Səfirilk bildiririk ki, Səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunmuşdur). Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və sözügedən şəxs artıq Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində çalışmır.

Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı Səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyildir.

Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti