Sarkisyan Qərbi köməyə çağırdı

Sarkisyan Qərbi köməyə çağırdı
  15 Sentyabr 2015    Oxunub:2804
Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi regionda sabitliyin pozulması ilə nəticələnə bilər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış zamanı bildirib.

Sarkisyan KTMT dövlət başçıları ilə əsas məsələləri müzakirə etdiklərini və bu müzakirələrin ənənəvi olaraq, açıq-etibarlı xarakter daşıdığını qeyd edib.

“Mən KTMT-yə üzv dövlətlərin başçılarına Cənubi Qafqaz regionunda vəziyyətlə, Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xəttində gərginliyin xeyli artması təhlükəsi ilə bağlı məlumat verdim. Mən təkrarən bu məsələnin üzərində dayanmaq istəmirəm, yalnız onu qeyd edəcəm ki, beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının olmaması fonunda Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri bütün regionda vəziyyətin sabitliyinin pozulması ilə nəticələnə bilər”, - deyə Sarkisyan bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti