Məhz buna görə Əsədi dəstəklədik - Putin

Məhz buna görə Əsədi dəstəklədik - Putin
  15 Sentyabr 2015    Oxunub:2387
Əgər Rusiya Suriyanı dəstəkləməsydi, onda bu ölkədə vəziyyət Liviyadan da pis olardı.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən iclasında çıxışı zamanı bildirib.

Rusiya liderinin sözlərinə görə, Suriyada qanuni hakimiyyətin dəstəklənməsi Liviya, İraq, Yəmən, Əfqanıstanda və digər ölkələrdən qaçqınların Avropaya getməsi ilə heç bir bağlılığı yoxdur.

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizik Şurasının (KTŞ) iclası keçirilib. İclasda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri iştirak edib.

Görüşün gündəliyinə dünyada və regionda olan aktual məsələlər daxil edilib.

2015-2016-cı illərdə quruma sədrlik Ermənistana keçib. Sarkisyan şuranın iclası zamanı ölkəsinin KTMT-ya rəhbərlik etdiyi dövrdə prioritetlərini açıqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti