Parlamentdə Sarkisyanın istefası tələb edildi

Parlamentdə Sarkisyanın istefası tələb edildi
  15 Sentyabr 2015    Oxunub:2245
Konstitusiya islahatları əvəzinə parlament Ermənistan prezidentin impiçmenti məsələsini müzakirə etməlidir.
AzVision.az xəbər verir ki bu barədə bu gün parlamentdə çıxışı zamanı “İrs” partiyasından deputatı Zarui Postancyan bildirib.

“Ona görə biz Serj Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq yerinə, ona impiçment elan olunmasını müzakirə etməliyik. Konstitusiya islahatları barədə ideya ona məxsusdur, amma o, parlamentə gəlməyi belə özünə sığışdırmadı, yerinə vəkilləri göndərdi” – deyə, Postancyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti