“Əlilliyi olan 400 şəxsə avtomobil veriləcək”

“Əlilliyi olan 400 şəxsə avtomobil veriləcək”
  15 Sentyabr 2015    Oxunub:2567
“Dünya bazarında neftin qiymətinin ucuzlaşması sosial təminat məsələlərində hər hansı problem yaratmayacaq”.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, hökumət bununla bağlı balanslaşdırılmış siyasət həyata keçirir:

"Hökumət bunu diqqətdə saxlayır. Neftin ucuzlaşmasına görə sosail təminat siyasətində hər hansı dəyişiklik edilməyəcək. Əksinə, biz çalışırıq ki, əhalinin sosial təminatı məsələsinin yaxşılaşmasına çox diqqət ayıraq. Çalışacayıq ki, sosial layihələri daha da çoxaldaq".

Həmçinin nazir qeyd edib ki, bu ilin sonunadək əlilliyi olan 400 şəxsə avtomobil veriləcək:

“Bu həftənin sonu əlilliyi olan 100 şəxsə avtomobil təqdim olunacaq. Qalan avtomobillər də hissə-hissə paylanacaq. 2016-cı ildə əlilliyi olan şəxslərə 270-280 avtomobilin verilməsi nəzərdə tutulub”.

AzVision.az


Teqlər:  





Xəbər lenti