`Facebook`da dünyanın gözlədiyi yenilik - “Dislike”

`Facebook`da dünyanın gözlədiyi yenilik - “Dislike”
  16 Sentyabr 2015    Oxunub:3846
“Facebook” yaradıcısı Mark Zukerberq istifadəçilərlə növbəti söhbəti zamanı şəbəkə istifadəçilərə yaxın gələcəkdə “dislike” düyməsinin işə salınacağını bildirib.
Bu barədə AzVision.az “Mashable”-a istinadən xəbər verir.

Uzun müddətdir ki, Zukerberq bu funkisyanı işə salmaqdan imtina edirdi. Onun fikrincə, bu yolla istifadəçilər digər şəxslərə öz hörmətsizliyini ifadəm edə bilərdilər.

“Facebook” rəhbərinin ideyasına görə, “dislike” düyməsi istifadəçilərə hər hansı məsələ ilə bağlı öz “təəssüf” hissini ifadə etməyə imkan verəcək. Yaxın gələcək də yeni funksiya test rejimində istifadəyə veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti