Rusiya Qarabağda ordu yerləşdirir – Stratfor

Rusiya Qarabağda ordu yerləşdirir – Stratfor
  16 Sentyabr 2015    Oxunub:14516
“Stratfor” Qlobal Məlumat Şirkəti iddia edir ki, yaxın vaxtda Dağlıq Qarabağda status-kvo dəyişə bilər.
AzVision.az-ın məlumatına görə, “Stratfor” analitikləri iddia edir ki, Rusiyanın Qafqaz siyasəti ciddi dəyişikliklərə məruz qalır.

“Yaxın vaxtlarda Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasından sonra bu ərazilər faktiki olaraq Ermənistanın nəzarəti altındadır və münaqişə dondurulub. İndi isə Qarabağa Rusiya sülhməramlıları yerləşdirilə bilər”, - deyə “Startfor” yazır.

Mərkəzin analitikləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti gizli razılaşma əldə edə bilər ki, bu sazişə əsasən Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdirilə bilər. Bu isənövbəsində gələcəkdə bu əraziləri Bakının nəzarəti altına qaytarmağa imkan verə bilər.

“Stratfor” yazır ki, tamamilə Rusiyadan asılı olan Ermənistan bu plana etiraz edə bilməz: “Ermənistan ərazisində onsuzda 5 minə qədər Rusiya hərbçisi var, İrəvanın özü isə tamamilə Rusiyadan asılıdır”.

Şirkət vurğulayır ki, Rusiya öz sərhədlərini möhkəmləndirmək siyasəti yürüdür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti