Qarabağ BMT-də müzakirə olunacaq

Qarabağ BMT-də müzakirə olunacaq
  16 Sentyabr 2015    Oxunub:2151
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə daxil edilib.
Həmin qətnamə layihələri BMT-nin Baş Assambleyasının 69-ci sessiyası zamanı müzakirə olunmadığından, hazırkı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 35-ci bəndlər altında daxil ediliblər.

Bu sessiyanın gündəliyinə ümumilikdə 170 bənd, o cümlədən, Afrikada sülh, təhlükəsizlik və inkişaf, eləcə də, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.

Qeyd edək ki, BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı sentyabr ayının 15-da Nyu-Yorkda keçirilib.

BMT Baş Assambleyası - BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır.(Report)


Teqlər:  





Xəbər lenti