Ermənistanın xarici borcu 14 faiz artıb

Ermənistanın xarici borcu 14 faiz artıb
  16 Sentyabr 2015    Oxunub:1481
Sentyabrın əvvəlində Ermənistanın xarici kreditorlar və beynəlxalq maliyyə qurumları qarşısında borcu 4 milyard dolları keçib.
AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ilin ilk 8 ayı ərzində Ermənistanın xarici borcu 4 milyard 68 milyon dollar təşkil edib. Bu isə ilin əvvəlində olan göstəricidən 283 milyon dollar və ya təxminən 14 faiz çoxdur.

Məlumatda bu göstəricinin son olmaması da xüsusi vurğulanır: “Yüz milyonlarla dollarlıq yeni kredit müqavilələri imzalanıb. Həmin müqavilələrə silah almaq üçün nəzərdə tutulan Rusiyanın verdiyi 200 milyon dollarlıq kredit də daxildir. Bu və Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün alınan kredit hələ xarici borca daxil edilməyib".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti