Ukraynaya görə prezidentlər bir araya gələcək
Xeyli müddətdir Ukraynada yaşanan münaqişənin həllindən ötrü Almaniya, Rusiya, Fransa və Ukraynanın xarici işlər nazirləri Berlində toplaşaraq mövcud konflikt ətrafından geniş müzakirələr aparıblar. Görüş zamanı belə qərara gəlib ki, bu ilin 2 oktaybr tarixində `dördlüyə` daxil olan ölkələrin dövlət başçıları təkar görüşərək, münaqişənin həllinə çalışsınlar.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer isə tələb edib ki, Minsk sülh planına əsasən, sillahlı toqquşmalara yol verilməməli və Şərqi Ukraynada sabitliyinin qorunub saxlanılmasına çalışılmalıdır.
Almaniya xarici işlər naziri fikirlərinə əlavə edib ki, “biz razılığın bütün detallarına əməl olunmasına çağırırıq, eləcə də hər iki tərəfi ağır və yüngül silahlardan açılan atəşlərə son qoyulmasına dəvət edirik”.
Atəşkəsə nail olmaq fevral ayında tərəflər arasındakı ədlə olunmuş Minsk razılaşmasının ən önəmli şərti olduğunu xatırladan Frank Valter Ştaynmayer onu da əlavə edib ki, hazırkı razılığın da ən vacib şərti iri çaplı silahlardan atəşin bir dəfəlik dayandırılmasıdır.
Qeyd edək ki, 2014-cü ildən yaranan Ukrayna münaqişəsi nəticəsində bu günə qədər 8000 insanın öldüyü bildirilir.
Fərrux Həsənov
AzVision.az
Teqlər: