Rusiya ATƏT-də Azərbaycandakı seçkiləri müzakirə edəcək

Rusiya ATƏT-də Azərbaycandakı seçkiləri müzakirə edəcək
  16 Sentyabr 2015    Oxunub:2022
Rusiyanın ATƏT-dəki nümayəndə heyəti təşkilatın Daimi Şurasının növbəti cümə axşamı keçiriləcək iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası məsələsini müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Lukaşeviçin sözlərinə görə, Azərbaycan hakimiyyəti ATƏT tərəfindən təklif olunan müşahidəçilərin sayını artıq hesab edib və bütün müşahidə qurumlarının müraciətini nəzərə alaraq öz variantını təklif edib: “Lakin DTİHB bu mövqe ilə razılaşmayıb və nəticədə Azərbaycanda seçkilərin monitorinqini ləğv edib. Böyük ehtimalla Daimi Şuranın qarşıdan gələn iclasında, ATƏT-in bu institutunun seçki sahəsindəki iş metodologiyası ilə bağlı ciddi söhbət olacaq”, - o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 11-də ATƏT bəyan edib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti