Almaniyada millətçiliyə qarşı etiraz

  16 Sentyabr 2015    Oxunub : 909
Almaniyada millətçiliyə qarşı etiraz
Almaniyanın dünyəvi şəhəri kimi tanınan Hamburqda minlərlə insan miliyyətçiliyə qarşı etiraz əlaməti olaraq bir yerə toplaşıb. Sağçı ektrimizmə qarşı təşkil olunmuş bu etiraza çoxlu sayda insanın qatıldığı deyilir.

Etiraz aksiyasında Almaniyanın “Sosial-Demokratlar Partiyası”nın nümayəndəsi Karola Vayt çıxış edərək deyib ki, “biz nə miliyyətçilik, nə də nasizmi qəbul etmirik”. Həmin etiraz aksiyasında iştirak edən “Lüteran-Evangelist” kilsəsinin baş yepiskopu Kirsten Fers bildirib ki, “bu insanlar bura ona görə gəliblər ki, müxəlif din, irq və rəng daşıyıcılarının birliyini, bərabərliyini nümayiş etdirsinlər”.

Etiraz aksiyası təkcə Hamburqun mərkəzində deyil, həmçinin mərkəzi avtovağzalın yerləşdiyi “Haxman meydanı”nda da 8 000-dək insanın iştirakı ilə baş tutub.

Qeyd edək ki, alman polisinin verdiyi məlumata görə, bundan bir müddət əvvəl sağçı qruplar polisi, eləcə də nəqliyyat vasitələrini daşa tutublar. Polis isə göz yaşardıcı qazla hadisənin qarşısını almağa çalışıb. Yenidən miliyyətçilər tərəfindən belə bir etirazın baş tutacağı gözlənilsə də məhkəmənin qərarı ilə həmin şəhərdə toplaşmaq qəti qadağan edilib.

Fərrux Həsənov
AzVision.az

Teqlər: