`Müharibə Ərdoğanın reytinqini qaldırmayacaq` – Orxan Pamuk
Pamukun sözlərinə görə, noyabrın biri Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərindən sonra vəziyyətin düzələcəyini gözləmək lazım deyil. Yazıçının fikrincə, hər şey belə davam etsə, onda sonluq olduqca faciəli olacaq. O, hakimiyyəti regionda sülhün bərqərar olunmasına hesablanan siyasət yürütməyə çağırıb.
Nobel laureatı, həmçinin bəyan edib ki, ölkə rəhbərliyi ölkədə yaradılan müharibənin Ədalət və İnkişaf partiyasının (AKP) reytinqini qaldıracağına ümid etməməlidir.
Onun bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbinə səbəb olub.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


