Almaniya ‘Facebook’u nəzarətə götürür

Almaniya ‘Facebook’u nəzarətə götürür
  17 Sentyabr 2015    Oxunub:2057
Almaniya hökuməti mühacirlərə qarşı sosial şəbəkədə yazılan nifrət dolu fikir, münasibət, şüar və çağırışlara nəzarətə almağa çalışır. Məsələ ilə əlaqədar Almaniyanın ədliyyə naziri Hayko Mass “Facebook” sosial şəbəkəsində əcnəbilərə qarşı nifrət dolu çağırışların qarşısının bir dəfəlik alınması üçün mexanizmin işlənib hazırlanmasını istəyir.

AzVision.az Almaniyanın “Bild” qəzetinə istinadən bildirir ki, problemin həllindən ötrü Almaniyanın ədliyyə naziri Hayko Mass Berlində “Facebook” sosial şəbəkəsinin nümayəndə heyətini qəbul edərək geniş müzakirələr aparıb. Əsas müzakirə predmeti “Facebook”da istənilən tipdə olan alcaldıcı, təhqiredici, o cümlədən, miliyyətçiliyə səsləyən paylaşımların dərhal “Facebook işçi qrupu” tərəfindən silinməsi olub.

Ədliyyə naziri özü də münasibətində deyib ki, “Hazırda Facebook sosial şəbəkəsində geniş imkanlar var, amma bu imkanlardan miliyyətçi ekstremist çağırışlar üçün istifadə olunmamalıdır. Fikir azadlığı çox yaxşıdır, amma internet milliyyətçi fikirlərin azad olduğu məkan deyil. Hər kəs milliyyətçi fikirlərdən qaçmalı, idarəolunmaz nifrət hissinə qapılmamalıdır”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti