Azərbaycan Avronest-dən 1 il sonra çıxa bilər

Azərbaycan Avronest-dən 1 il sonra çıxa bilər
  17 Sentyabr 2015    Oxunub:2736
Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından (PA) çıxmaq barədə qərarından təəssüfləndiyini açıqlayıb.

AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə yaydığı bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, Avronest PA artıq məsələ barədə məlumatlıdır: “Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra qurumun normal şəkildə fəaliyyətini davam etdirməsi məqsədilə lazımi addımlar atmaq üçün vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest PA "Şərq tərəfdaşlığı" proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək. Avronest PA-da iştirak etmək meyarlara cavab verən bütün əlaqədar "Şərq tərəfdaşı" ölkələrinin müstəqil və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bu qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini ifadə etməkdən məhrum edəcək. Bu qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti