Kremldən Qarabağın həlli ilə bağlı: `Hər şeyi edəcəyik ki...`

Kremldən Qarabağın həlli ilə bağlı: `Hər şeyi edəcəyik ki...`
  18 Sentyabr 2015    Oxunub:4569
"Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr inkişaf edir. Ümid edirik ki, əlaqələrin bu səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M. Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Bildiyiniz kimi, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz bu sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də, hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ münaqişəsi düyünün açılmasını tezləşdirək”.

Mariya Zaxarova Azərbaycanla Avropa Parlamenti arasında yaranmış gərginliyə də münasibət bildirib. O, Azərbaycanla bu qurum arasındakı problemin dialoq yolu ilə həll edilməsinin vacib olduğunu bildirib: “Hesab edirəm ki, konkret ölkəyə beynəlxalq təşkilat tərəfindən hər hansı bir konkret iddia varsa, bu, siyasiləşdirilmiş metodlarla deyil, qarşılıqlı dialoq yolu ilə həll edilməlidir”. (Apa)


Teqlər:  





Xəbər lenti