Ankarada izdihamlı yürüş keçirilib

Ankarada izdihamlı yürüş keçirilib
  18 Sentyabr 2015    Oxunub:1907
Son aylar Kürd Fəhlə Partiyasının (PKK) Türkiyədə törətdiyi fasiləsiz terror aktlarına etiraz olaraq sentyabrın 17-də Ankarada izdihamlı yürüş keçirilib.
Qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə “Terrora xeyir, qardaşlığa bəli” devizi altında keçirilən yürüşdə on minlərlə insan iştirak edib. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirən yürüşçülər terrorçulara və onları dəstəkləyənlərə lənət yağdırıblar.

Yürüşçülərin qolları üstündə qaldırdıqları 1500 metr uzunluğunda və 7 metr enində Türkiyənin dövlət bayrağına vətəndaşlar tərəfindən böyük bir sayğı göstərilib.


Teqlər:





Xəbər lenti