İran prezidenti 16 ildən sonra Fransaya gedir
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 21-də ölkənin kənd təsərrüfatı, ticarət, turizm nazirlərinin Tehrana səfərini yüz fransız iş adamı müşayiət edəcək.
Xatırladaq ki, noyabrda İran prezidenti Həsən Ruhaninin Parisə səfəri planlaşdırılıb. Ölkənin baş naziri Manuel Vallsın sözlərinə görə, Fransa prezidenti Fransua Olland Həsən Ruhani ilə Suriyadakı vəziyyəti də müzakirə edəcək.
Qeyd edək ki, bu, son 16 ildə İran prezidentinin Fransaya ilk səfəri olacaq.
Teqlər: