Dəhşətli qəza ilə bağlı daha bir açıqlama

Dəhşətli qəza ilə bağlı daha bir açıqlama
  18 Sentyabr 2015    Oxunub:4476
Dünən Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan sərnişinlərdən ikisinin vəziyyəti ağır olaraq qalır.
Bu barədə AzVision.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğuna görə Mərkəzi Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan biri qadın, biri isə kişidir:

“Yaralılardan bir neçəsi əməliyyat olunub. Hazırda onlara lazımı tibbi yardım göstərilir. Yaralıların vəziyyəti diqqətdə saxlanılır”.

Qeyd edək ki, dünən Bakı- Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun qəza törətməsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəzaya düşənlər “Embawood” mebel şirkətinin işçiləri olublar.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti