Zibildən də pul qazanırıq

Zibildən də pul qazanırıq
  18 Sentyabr 2015    Oxunub:2173
“Təmiz Şəhər” ASC zibildən enerji və bioqaz alacaq.
Bu barədə AzVision.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Baba məlumat verib. O, bildirib ki, tullantıların zərərsizləşdirilməsi prosesində bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Onun sözlərinə görə, Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə poliqonda bir çox tədqiqat işləri aparılıb və layihə sənədləri hazırlanıb: “Artıq tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Buradakı tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilir. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır”.

Onu da qeyd edək ki, Balaxanı poliqonunun yenidən qurulmasında Bakı Bərk Məişət Tullantılarının Yandırılmasıza Zavodunun fəaliyyəti nəticəsində əmələ gələn dib külü də inşaat materialı kimi geniş istifadə olunur.

Ümumilkdə, sanitar poliqonda inşaat işləri 2016-cı ildə təmamilə yekunlaşacaq və müasir infrastruktura malik olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti