AŞPA rəsmiləri seçkiyə görə Bakıya gəlir

AŞPA rəsmiləri seçkiyə görə Bakıya gəlir
  18 Sentyabr 2015    Oxunub:2533
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti sentyabrın 21-22-də Bakıya səfər edəcək.

AzVision.az AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərlik nümayəndə heyətinin tərkibinə Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.



Səfərin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.

Səfər zamanı nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunan siyasi qrup və partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti