“Turkcell” “Azercell”ə müştəri çıxdı
Xəbərdə deyilir ki, “Azercell Telecom” MMC və “TurkCell” arasında sonuncunun Azərbaycanın mobil operatoru üzərində idarəetməni əldə etməsi barədə danışıqların yaxın zamanda Bakıda baş tutacağı gözlənilir.
Qeyd edək ki, sentyabrın 17-də "TeliaSonera" şirkətlər qrupu Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə məlumat yaymışdı. Məlumatda deyilir ki, bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən "TeliaSonera" özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib.
Teqlər: