Bakıya qaçan erməni axtarışa verildi

Bakıya qaçan erməni axtarışa verildi
  18 Sentyabr 2015    Oxunub:3728
Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan sentyabrın 9-dan ölkəsində axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. Xəbərdə deyilir ki, V. Martirosyan həyat yoldaşı və qızı ilə bir neçə gün ərzində evində yaşadığı dostundan 4 min dollar oğurlayıb.

Bundan başqa V. Martirosyan Ermənistan parlamentinin deputatı Mger Sedrakyanın işçiləri tərəfindən döyülməsi faktı ilə bağlı dindirilməyib.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.


Teqlər:  





Xəbər lenti