Şamaxıda ağır qəza, 5 nəfər yaralanıb
“VAZ 2107” və “Lada Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı rayonunun Həmyə kənd sakinləri -1995-ci il təvəllüdlü Qafarov Cəfər Nəbi oğlu, 1988-ci il təvəllüdlü Eyvazov Nəriman Əlimövsüm oğlu, 1995-ci il təvəllüdlü Qurbanov Nəcəf Gündüz oğlu, 1988-ci il təvəllüdlü Kərimov Rəşad Misirxan oğlu, Bakı sakini 1966-cı il təvəllüdlü Ağayeva Mərziyə Ədil qızı ağır bədən xəsarəti alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)







Vaxtında, Aydın, Lazımlı!


