Qaçqın problemi Avropa İttifaqını parçalayır

Qaçqın problemi Avropa İttifaqını parçalayır
  19 Sentyabr 2015    Oxunub:2186
Almaniyanın vitse-kansleri, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Ziqmar Qabriel hesab edir ki, qaçqınların Avropaya kütləvi axını nəticəsində yaranan böhran Avropa İttifaqında parçalanmaya gətirib çıxara bilər.

O, “Bild” qəzetinə müsahibəsində deyib: “Belə davam etsə, Avropa maliyyə böhranı, yaxud Yunanıstanda böhran zamanı olduğundan daha böyük təhlükə ilə üzləşə bilər”.

“Almanlar qaçqınlara idman zallarını və kazarmaları verirlər, geyim toplayır və onları öz ailələrində yerləşdirirlər. Başqa ölkələrdə isə sərhədlərdə tikanlı məftillərdən hasarlar çəkir və keçidləri bağlayırlar”, deyən vitse-kansler ritorik sual verib: “Almaniya kömək edir, amma indi Almaniyaya kim kömək edəcək?”

AFR hökuməti başçısının müavini qeyd edib ki, qaçqınlar axını artdıqca, Almaniya əhalisi narahatlıq keçirir. “Reuters” agentliyi vitse-kanslerin “Qaçqınlar üçün pul var, Almaniya vətəndaşları üçün yoxdur kimi əhval-ruhiyyələrə yol vermək olmaz” sözlərini sitat gətirib. Ziqmar Qabrielin fikrincə, indi təkcə qaçqınlar üçün deyil, ehtiyacı olan hər kəs üçün sosial mənzillər tikmək lazımdır. Siyasətçilərin insanları bir-birinə qarşı qaldıran hallara yol vermək haqqı yoxdur.


Teqlər:





Xəbər lenti