Qurban bayramında “ATV+” pulsuz olacaq
Bu müqəddəs bayram müddətində “ATV+” müştərilərinin rəqəmsal görüntü və səs keyfiyyəti ilə izlədikləri 11 yerli və ödənişli paketə daxil olan digər kodlaşdırılımış xarici telekanallar da açıq, yəni pulsuz yayımlanacaq.
Aksiyanın daha bir özəlliyi ondadır ki, bu fürsətdən hamı faydalana biləcək. Məsələn, əgər “ATV+”un abunəçilik xətti faktiki aktiv olan müştərisinin ödədiyi abunə haqqının müddəti 30 sentyabr tarixində bitirdisə, siz hədiyyə olaraq bizim kanalları əlavə 4 gün - yəni 4 oktyabr 23:59-dək pulsuz izləyərək, növbəti ödənişi məhz bundan sonra həyata keçirmək imkanı qazanırsınız.
Abunə kartları aktiv olmayan müştərilərimiz də bayram günlərində “ATV+” paketində təqdim olunan bütün kanalları pulsuz izləyə biləcəklər. Bunun üçün “ATV+” Cİ modulu və ya resiveri ilə təchiz edilmiş televizorunuzun axtarış sisteminə daxil olaraq, kanalları yenidən axtarışa vermək kifayətdir.
Bu möhtəşəm kampaniya yalnız 24-27 sentyabr tarixlərini əhatə edəcək.
Xatırladaq ki, bu ilin 1 sentyabr tarixindən etibarən tamaşaçılar arasında aparılmış sorğu nəticəsində müəyyənləşdirilən 100 populyar xarici televiziya kanalı və açıq yayımlanan 11 yerli telekanal “ATV+” vasitəsi ilə rəqəmsal keyfiyyətlə abunəçilərə təqdim edilir.