Lamiyə yenidən gündəmdə: `Vüqar nəyimə lazımdır?`
O, eks-nişanlısı, hazırda həbsdə olan Vüqar Əliyevin həyat yoldaşı Aynurə Əliyevadan ayrılması ilə bağlı mətbuatda çıxan xəbərlərdə adının hallandırılmasına münasibət bildirib.
L.Quliyeva etiraz edərək Vüqarın ailəsinin dağılmasında günahkar olmadığını deyib.
“Artıq mən telefon işlətmirəm. İnternetdən də istifadə etmirəm. Bu dəqiqə mənim başım öz ailəmə qarışıb. Bu nə söz söhbətdi yenə yayılıb? Allaha and olsun ki, mənim heç nədən xəbərim yoxdur. Uşağımın adı Uğurdur, Vüqar deyil. Yalan danışırlar. Oğlum üçün doğum şəhadətnaməsi də almışam. Sənəddə oğlum adı Uğur qeyd olunub. Uğura şəxsiyyət vəsiqəsi də çıxartdırmışam. Sənəddə oğlumun atasının adı da qeyd olunub.
Xahiş edirəm onlar mənim adımı hallandırmasınlar. Onlar bəlkə də Vüqarın azadlığa buraxılması məsələsi ilə gündəmə gəlmək istəyirlər. Mən özümə sakit bir həyat seçmişəm. Oğlum, ailəmlə birlikdə sakit həyatımı yaşayıram. Vüqarın özü, ailəsi və yaxud arvadı mənim nəyimə lazımdır? Bunlar məndən nə istəyirlər? Əl çəksinlər məndən. Hazırda yeni ev almışıq. Evimizdə təmir işləri görülür. Başım ev işlərinə qarışıb. Bir daha xahiş edirəm ki, mənim adımı hallandırmasınlar belə xəbərlərdə”-deyə o qeyd edib.
Qeyd edək ki, bu gün mətbuat səhifələrində Vüqar Əliyevin həyat yoldaşı Aynurə Əliyevdan ayrılması ilə bağlı xəbər yayılıb. Xəbərdə A. Əliyevanın boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir. Cütlüyün ayrılma səbəbi kimi L. Quliyevanın uşağına Vüqar adını qoyması göstərilir.
Hafiz Əhmədov