Parisə nəzarət gücləndirilir

Parisə nəzarət gücləndirilir
  19 Sentyabr 2015    Oxunub:2126
Paris şəhərinə nəzarət çox ciddi şəkildə gücləndiriləcək. Paris və Parisətrafı ərazilərin video kameralar vasitəsi ilə ciddi nəzarət altında saxlanılacağı bildirilir. Gələn ildən etibarən şəhərdə olan hər bir şəxs, kameralar vasitəsi ilə müşahidə altında saxlanılacaq.

Gələn ilin əvvəlində təkcə Paris şəhərində 1309 kameranın bütün sutka boyu küçə və meydanları nəzarətdə saxalayacağı deyilir. Fransada hazırda 20-dək şəhərdə 1144 müşahidə kamerası fəaliyyət göstərir. Növbəti il üçün 13 000 nəzarət kamerasının avtovağzal, metro, xüsusi əhəmiyyətli bina və marketlərdə yerləşdirəcəyi bildirilir.

Fransanın digər Avropa dövlətləri ilə müqayisədə daha çox terror riski ilə üzbəüz olduğu qeyd olunur. Bundan əvvəl 2010-cu ildə qanuni olaraq, yalnız müşahidə kameraları müəssisə və fabriklərdə yerləşdirilə bilərdisə, indi artıq terror riskindən dolayı bir çox yerlərdə kameraların yerləşdirilməsi labüd hal almağa başlayıb. Kameraya nəzarət edən polislər əldə etdikləri istənilən şübhəli görüntünü birbaşa Fransa daxili işlər nazirliyinə göndərəcəklər.

Fransanın “Figaro” qəzetinə açıqlamasında Paris şəhərinin keçmiş polis inspektoru Mişel Gaudin deyib ki, bu kameraların yerləşdirilməsi polisə maneə olmayacaq, əksinə onların işində bir növ inqilab edəcək”.

Fransa Mühafizəkarlar Partiyası şəhərin video nəzarətdə saxlanılması planını dəstəkləyərək, 1000 kameranın əlavə quraşdırılmasını təklif edib. Paris ətrafında daha çox riskli ərazilər kimi tanınan yerlərə isə 5000 müşahidə kamerasının yerləşdirilməsini də məqsədə uyğun sayan “Konservativ Partiya”nın təklifinə Fransanın “Sol Partiyası” isə öz növbəsində bu addımı “azadlığın məhdudlaşdırılması adlandırıb”.

Həmçinin qeyd olunur ki, kamerlar ekoloji təmizliyə, şəhərin təmiz saxlanılmasına da yardım edəcək. Məsələn: düzgün olunmayan parklanmalara nəzarət etmək rahalaşacaq, küçələrdə avtomobil hərəkətinə nəzarət rahatlaşacaq, eləcə də yollardakı tıxacların idarə olunması asanlaşacaq.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti