İranda sel fəlakəti - 10 ölü, 8 itkin

İranda sel fəlakəti - 10 ölü, 8 itkin
  20 Sentyabr 2015    Oxunub:2315
İranda güclü yağış yağması fəlakətlə nəticələnib.
Sel paytaxt Tehran və ölkənin cənubundakı Hörmüzqan əyalətində baş verib.

İran dövlət televiziyasından verilən məlumata görə, Tehranda 6, Hörmüzqanda isə 4 nəfər dünyasını dəyişib.

Ötən gündən səngiməyən sel fəlakətində 8 nəfər itkin düşüb.

Qeyd edək ki, bu ilin iyul ayında ölkədə baş verən sel fəlakəti zamanı 11 nəfər ölmüşdü.


Teqlər:  





Xəbər lenti