Dubay şeyxinin oğlu dəfn edildi - Fotolar

Dubay şeyxinin oğlu dəfn edildi - Fotolar
  20 Sentyabr 2015    Oxunub:22445
Xəbər verdiyimiz kimi, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu bu səhər dünyasını dəyişib.
AzVision.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoum artıq torpağa tapşırılıb. Dubay Əmiri oğlunun dəfn mərasimində dualar oxuyub.

Xatırladaq ki, Əl-Maktum ürək tutmasından dünyasını dəyişib. Onun ölümü ilə bağlı Dubayda üç günlük matəm elan olunub.

Qeyd edək ki, 2010-cu ildə Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib. Forbesin 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.

Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum və varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycanda səfərdə olub.

Qalereya




Teqlər:  





Xəbər lenti