Yunanıstanda il ərzində 3-cü seçki
Seçki məntəqələri saat 19:00-da bağlanacaq, ilkin nəticələr isə saat 21:00-dan etibarən elan olunacaq.
Əsas mübarizənin iki partiya – 41 yaşlı sabiq Baş nazir Aleksis Tsiprasın sol qüvvələr koalisiyası və 61 yaşlı Vangelis Meymarakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyası arasında gedəcəyi gözlənilir. Seçkilər ərəfəsində keçirilən rəy sorğularına əsasən, onlar təxminən bərabər şanslara malikdir.
Xatırladaq ki, yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfədir seçki məntəqələrinə gedirlər. Belə ki, yanvarın 25-də növbədənkənar parlament seçkiləri, iyulun 5-də isə kreditorların ultimatumuna və hökumətin iqtisadi siyasətinə dair referendum keçirilib. Nəhayət, sentyabrın 20-də ölkədə daha bir növbədənkənar seçki keçirilir.
Teqlər: