Bakıda yanan binada cinayət

Bakıda yanan binada cinayət
  20 Sentyabr 2015    Oxunub:7138
Mayın 19-da Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli binada oğurluğa cəhd olub.
Lent.az xəbər verir ki, sentyabrın 17-də gecə saat 03:00 radələrində Azadlıq prospekti 200/34 ünvanda yerləşən 16 mərtəbəli yaşayış (yanan bina) binasından təxminən 500 manat dəyərində elektrik paylayıcını cərəyandan ayıraraq oğurlamağa cəhd edilib. Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları Ağdam rayonunda anadan olmuş, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bayram Ramiz oğlunu cinayət başında yaxalayıb.

O, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti