Yunanlar yenidən Tsiprası seçdilər
***
Yunanıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.
Müşahidəçilərin fikrinə görə, seçicilərin iştirak göstəricisi aşağı olub və 60%-dən çox olmayacaq.
“Exit-poll”a əsasən, sol radikal SİRİZA partiyası 30-32% səs çoxluğu ilə liderdir, sağ mərkəzçi “Yeni Demokratiya” partiyası 28-29.5% səs toplayıb.
Xatırladaq ki, yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfədir seçki məntəqələrinə gedirlər. Belə ki, yanvarın 25-də növbədənkənar parlament seçkiləri, iyulun 5-də isə kreditorların ultimatumuna və hökumətin iqtisadi siyasətinə dair referendum keçirilib.
AzVision.az