Daha bir miqrant faciəsi - 13 qaçqın öldü

Daha bir miqrant faciəsi - 13 qaçqın öldü
  21 Sentyabr 2015    Oxunub:2117
İçində Yunanıstan sahilinə çatmağa çalışan miqrantlar olan rezin qayığın Türkiyə sahili yaxınlığında bərə ilə toqquşub aşması nəticəsində azı 13 qaçqın həlak olub.
Həlak olanlardan 4 nəfəri uşaqdır, 8 nəfəri xilas etmək mümkün olub, axtarış davam etdirilir.

Türkiyə mediasının məlumatına əsasən, miqrantları daşıyan qayıq Çanaqqala limanından Lesbos adasına yollanırmış.

Qəzadan sağ çıxanın sözlərinə görə, qaranlıqda suya düşmüş uşaqları tapmaq mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti