AzVision.az-ın xəbərinə Türkiyədən reaksiya

AzVision.az-ın xəbərinə Türkiyədən reaksiya
  21 Sentyabr 2015    Oxunub:12818
AzVision.az-ın Bakıda nurçulara qarşı əməliyyat keçirilməsi, 30-a yaxın dini təriqət üzvünün saxlanılması ilə bağlı xəbərinə Türkiyədən reaksiya gəlib.

Fətullah Gülən camaatına məxsus KİV-lərdə yayılan məlumatlarda qeyd olunur ki, Bakıda saxlanılan şəxslərin “paralel dövlət”lə heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, Bakıda keçirilən əməliyyatda Bədiüzzamanın tələbələrindən olmuş mərhum Mustafa Sumqurun oğlu da saxlanılıb.



Səid Yücə sözügedən əməliyyatla bağlı mətbuata açıqlama verərək yalnışlıq olduğunu bildirib. Qeyd edək ki, əməliyyatda tutulanların “paralel dövlət”lə heç bir əlaqəsi yoxdur: “Təəssüf ki, Bakıda keçirilən əməliyyatda səhv anlaşılma olub. Azərbaycan hüquq mühafizə orqanları tərəfindən “Risaləyi-Nur” oxunan evlərə hücum olub. Sözügedən evlərdə azərbaycanlılarla yanaşı Türkiyədən qonaq gedən Türkiyə vətəndaşları da olub.

“Risaləyi-Nur” əsərləri Türkiyə təhlükəsizlik orqanlarının qadağan etmədiyi əsərlərdir və Dini Qurumlar tərəfindən çap olunur. Prezident Ərdoğan da Azərbaycan hüquq mühafizə orqanlarına əsərlərin cinayət təşkil etmədiyini bildirmişdi”.

Yücə onu da qeyd edib ki, təəssüf ki, “paralel dövlətə” mənsub qaynaqlar Türkiyədə olduğu kimi başqa ölkələrdə də ictimaiyyəti və əlaqədar orqanları çaşdırıcı məlumatlar yaymaqdadır.

Əməliyyatda saxlanılanların “paralel dövlət”lə heç bir əlaqəsinin olmadığını vurğulayan Yücənin sözlərinə görə, 2012-ci ilin dekabr ayında vəfat edən Mustafa Sunqurun Fatehin dəfn mərasiminə prezident Rəcəb Tayyib Ərdoğan birbaşa qatılaraq cənazənin daşınmasına kömək etmişdi.



Qeyd edək ki, sentyabrın 20-də Bakının Yasamal rayonunda Nurçu dini təriqətinə qarşı əməliyyat keçirilib. İlkin məlumatlara görə, əməliyyat zamanı 30-a yaxın şəxs saxlanılıb. Saxlanılanların nurçu olduğu bildirilir.

Gültəkin Əlsəgər



Teqlər:  





Xəbər lenti