Milyarder şahzadənin dəfnindən görüntülər - VİDEO

Milyarder şahzadənin dəfnindən görüntülər - VİDEO
  21 Sentyabr 2015    Oxunub:27357
BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu Rəşid bin Məhəmməd Əl Maktoumun gənc yaşlarında qəfildən həyatını itirməsi artıq iki gündür ki, bütün dünya mətbuatının gündəmini zəbt edib.
Sosial şəbəkələrdə hər kəs Dubay şahzadəsinin ölümdən yazır və onun vaxtsız vəfatına görə kədər hisslərini ifadə edirlər.

Şahzadənin ölümü ilə əlaqədar Dubayda 3 gün matəm elan olunub.



Azərbaycanlı oxucular da şahzadənin vaxtsız dünyadan köçməsinə biganə qalmayıblar. Onlar da ərəb gəncin hər kəsi yasa bürüyən ölümü ilə bağlı sosial şəbəkələrdə fikirlərini bölüşürlər.
Şərhlərdə insanlar daha çox pulun, sərvətin heç də insan həyatından vacib olmadığını qeyd edirlər.

AzVision.az bunları nəzərə alaraq dünyadan nakam köçən şahzadənin ölümü, dəfn mərasimi və insanların ona görə keçirdikləri dərin kədər hisslərini əks etdirən videoları oxuculara təqdim edir.



Videolarda mərhum şahzadənin tabutunun qardaşı və yaxınları tərəfindən daşınması əks olunub. Həmçinin kadrlarda şahzadənin cənazəsinin gecə saatlarında torpağa tapşırıldığı və onun məzarı üzərinə insanların əllləri ilə torpaq səpmələri diqqət çəkib.

Qeyd edək ki, 2010-cu ildə Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib. Forbesin 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.

Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum və varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycanda səfərdə olub.





Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti