“Bu cəhənnəmə kim cavabdehdir?” – Avstriya kansleri

“Bu cəhənnəmə kim cavabdehdir?” – Avstriya kansleri
  21 Sentyabr 2015    Oxunub:2146
Avstriya kansleri Verner Faymann paytaxt Vyananın cənubunda yerləşən Traiskirxen adlı şəhərdəki miqrant mərkəzinə baş çəkərkən onların yaşayış vəziyyəti ilə əlaqədar acınacaqlı və dözülməz halla rastlaşıb.

AzVision.az “Die Tagespresse” qəzetinə istinadən bildirir ki, Avstriya kansleri dövlət məmurları ilə birgə Traiskirxen şəhərindəki mühacir mərkəzini ziyarət etməyə gəldiyində çox pis durumla qarşılaşıb. Belə ki, kansler şəhərə gəldikdən sonra hər yerin zibil və ayaqyollarının natəmiz olduğunu görərək emosional şəkildə jurnalistlərə üzünü tutaraq “budakı cəhənnəmə görə kimdir cavabdeh?” sualını ünvanlayıb.

Kansler Verner Faymann fikirlərini davam edərək bildirib ki, “mən bu vəziyyətdə qərarsız qalmışam, əslində çoxdan buradakı insanlara kömək etmiş olmalı idim”.

Kanslerlə bərabər şəhərə baş çəkən “Avstriya Sosilatist Partiyası”nın digər rəsmi üzvləri də qaçqınların yağış altda islanmamaları üçün öz paltolararını, eləcə də digər məişət ləvazimatlarının onlara verməsi diqqət çəkib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti