Ermənistanda hərbiçi öldürüldü

Ermənistanda hərbiçi öldürüldü
  21 Sentyabr 2015    Oxunub:2485
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində xidmət edən 26 yaşı Suren. D-nin cəsədi yarğanda tapılıb.

İlkin ehtimala görə, hərbiçi yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Lakin ətrafda ona məxsus olan 34 DQ 538 seriyalı `Volskvagen` markalı avtomobil olmayıb. Həmçinin mərhumun üzərində zorakılıq əlamətləri aşkar edilib.


Teqlər:  





Xəbər lenti