Gürcüstan da qondarma `seçki`ni tanımadı

Gürcüstan da qondarma `seçki`ni tanımadı
  21 Sentyabr 2015    Oxunub:1775
Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımadığını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

`Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü dəstəkləyir və 2015-ci ilin 13 sentyabr tarixində Dağlıq Qarabağda keçirilən qondarma "yerli özünüidarə orqanlarına seçkiləri" tanımır. Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüququn prinsip və normaları çərçivəsində dialoqun davam etdirilməsini vacib hesab edir" - deyə bəyanatda qeyd olunub.


Teqlər:





Xəbər lenti