Milli Bankın ilk sədri vəfat etdi

Milli Bankın ilk sədri vəfat etdi
  22 Sentyabr 2015    Oxunub:4398
Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağayev dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, “Expressbank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri olan Qalib Ağayev dünən vəfat edib.

Qeyd edək ki, Qalib Ağayev Azərbaycan Milli Bankının birinci sədri olub. İxtisasca maliyyəçi olan Q.Ağayev 13 iyul 1941-ci ildə Bakıda dünyaya gəlib. O, 1992-ci ildən Azərbaycan Milli Bankının birinci sədri olub.

Q.Ağayevin yas mərasimi bu gün saat 14:00-da Süleyman Vəzirov-11 ünvanında keçiriləcək.


Teqlər:  





Xəbər lenti