Sarkisyan Bakıda ikinci olan idmançını mükafatlandırdı

Sarkisyan Bakıda ikinci olan idmançını mükafatlandırdı
  22 Sentyabr 2015    Oxunub:2208
Ermənistan prezidenti Serj Sarkisyan ölkə müstəqilliyinin 24 illiyi ilə əlaqədar elm, təhsil, idman, incəsənət, tibb, iqtisadiyyat, ordu və təhlükəsizlik sahəsindəki xidmətlərinə görə, bir sıra şəxslərə dövlət mükafatları verib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi sentyabrın 21-i prezident iqamətgahında keçirilib.

Mərasimdə yunan-roma güləşçiləri, iki qat dünya çempionu Artur Aleksanyan və Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçısı Miqran Arutyunyan da iştirak edib.

Qeyd edək ki, Miqran Arutyunyan 66 kiloqrama qədər çəki dərəcəsində mübarizə aparıb. Avropa Oyunlarının finalında o, rusiyalı idmançı Artyom Surkova uduzub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti