Ermənistanda müharibə veteranını döydülər - FOTO

Ermənistanda müharibə veteranını döydülər - FOTO
  22 Sentyabr 2015    Oxunub:1787
Dağlıq Qarabağ müharibəsinin veteranı Smbat Akopyan Ermənistan paytaxtının mərkəzində, Abovyan küçəsində döyülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti “Aysor.am” saytının məsələ ilə bağlı sorğusunu təsdiqləyib.

KİV-də yayılan məlumata görə, S.Akopyan üç naməlum şəxs tərəfindən döyülüb.

Məlumata əsasən kimliyi bilinməyən şəxslər onu “Ayazan” partiyasının Ermənistan Respublika Partiyasının binası önündə keçirdiyi etiraz aksiyasından sonra izləməyə başlayıblar.

Smbat Akopyan hazırda xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti