Aytacın qatil sevgilisindən yeni xəbər

Aytacın qatil sevgilisindən yeni xəbər
  22 Sentyabr 2015    Oxunub:2734
Sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
AzVision.az-ın məlumatına görə, məhkəmə iclası hakim Ramella Nəsrullayevanın məzuniyyətə çıxması səbəbi ilə keçirilməyib.

Növbəti məhəmə prosesinin nə vaxt keçiriləcəyi hakim Ramella Nəsrullayeva məzuniyyətdən qayıtdıqdan sonra bilinəcək.

Qeyd edək ki, ötən həftə təqsirləndirilən şəxs İzzət Hüseynovun vəkili məhkəmədə iştirak edə bilmədiyindən proses təxirə salınmışdı.

Xatırladaq ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti